Çox Soruşulan Suallar

Pendirlər hansı şəraitdə saxlanılmalıdır?

Duzlu pendir 4-6 dərəcə tempraturda saxlanılmalıdır. Qarabağ motal pendirini hava ilə təmasını mümkün dərəcə az tutmaqla saxlanma müddətini daha da uzatmaq olar.

Qarabağ Motal Pendiri nədir?

Təbii keçi südündən hazırlanmış Qarabağ Motal Pendiri, motal pendiri ənənəsini özündə qoruyur. Keçi südündən hazırlanması isə öz növbəsində pendiri xüsusi ləzzət və keyfiyyət qatır. Öz milli motal pendirimizin hazırlanmasında istifadə olunan texnologiyanın tətbiqi ilə alınan Qarabağ Motal Pendiri Azərbaycanın tarixi Qarabağ motal pendiri ənənəsini qoruyur.

Keçi pendiri necə hazırlanır?

Sağılmış keçi südü isidilərək təbii qursaq mayası ilə mayalanır. 1.5 saat gözlənilir və sonra xüsusi bıçaqla kəsilərək, acı suyu çıxarılır. Növbəti mərhələdə alınmış kütlə ağzı bağlanaraq, basqıya qoyulur. 2 saatdan sonra açılaraq müəyyən olunmuş ölçüdə kəsilir. Sonuncu mərhələdə xüsusi hazırlanmış duzlu suya yerləşdirilir. 4 saatdan sonra duzlu sudan çıxarılaraq, tərkibindəki bütün su axıdılır. Sonra qablaşdırma üçün xüsusi qablara yığılır.

Keçilər hansı şəraitdə saxlanılır?

Keçilər müasir standartlara uyğun tikilmiş fermalarda saxlanılır. Xüsusi gəzinti yerləri, avtomatik suluqlarla təchiz edilmişdir. Bundan başqa hər bir fermada yay ayları üçün ventilyatorlar, qış ayları üçün isə xüsusi qızdırıcı qurğular quraşdırılmışdır.

Keçilər nə ilə qidalanır?

Keçilər BMS AQRO MMC-yə məxsus fermada saxlanılır, keyfiyyətli yonca, saman, arpa, xüsusi süd yemi (doğan heyvan üçün), quru dönəm yemi (subay və boğaz heyvanlar), mərmər tozu, duz, kəpəklə müəyyən olunmuş normalarda yemləndirilir.

Keçi südünün başqa südlərdən üstünlüyü nədədir?

Keçi südündəki bakteriya miqdarı digər südlərlə müqayisədə daha az olduğu üçün, sağıldıqdan dərhal sonra, isidilmədən içmək olar. Kalsium ilə zəngin olan keçi südü yüksək fosfor da əhatə edir.Ət və ya balıq yeməyənlər üçün çox yaxşı bir alternativ ola bilər.Keçi südü astma, allergiya, həzm sistemi xəstəlikləri və dəri xəstəliklərinə də xeyirlidir. Xərçəngdən qorumaqda effektli olan seleniumla zəngindir.

Təbii homogenizə nə deməkdir?

Bir-birindən ayrı iki və daha çox maddənin bərabər şəkildə düzülməsi. Keçi südü təbii homogenizədir, yəni tərkibindəki bütün maddələr südün hər nöqtəsinə bərabər paylanıb. İnək südündən molekulyar quruluşuna görə fərqlənən keçi südü təbii homogenizə olduğu üçün yağ molekulları bərabər paylanır və həzmi daha asandır.

Saanen Keçiləri