ferma-bms-aqro

“BMS AQRO” MMC Azərbaycanda ilk 5200 başlıq damazlıq keçi təsərrüfatıdır. Fermanın təməli 10 may 2013-cü ildə qoyulmuşdur və ərazisi 11 hektardır. Bildiyimiz kimi keçi südünə əhali arasında böyük tələbat vardır, lakin Respublikamızda böyük keçi təsərrüfatları mövcud olmadığından bu məhsullar Avropa ölkələrindən gətirilir. Bunu nəzərə alaraq əhalinin daha sağlam inkişaf etməsi, aztəminatlı ailələrin keçi südü və süd məhsullarını almaları imkanlarını artırmaq məqsədilə “BMS AQRO” MMC yaradılmışdır. ferma-ofis-bms-aqro
foto 2 Fermamızda 10000dən çox heyvan saxlamaq üçün 10 ədəd tövlə mövcuddur. Binalar müasir qaydalara uyğun olaraq ana keçi, təkə, çəpiş, satılan və gənc heyvan üçün ayrı-ayrı nizamlanmış, heyvanların sağlam və komfortla saxlanması üçün bütün şəraiti içində olmaqla inşa edilmişdir.Fermada aşağıdaki cins heyvanlar saxlanılır:
• Saanen keçiləri
• Alpin keçiləri
• Asaf qoyunları
Saanen – Hollandiyadan gətirimiş keçi cinsidir. Bu cins sırf südlük cinsdir. Südün yağlılığı ilk laktasiya dövründə 4,4% təşkil edir. 2-ci laktasiya dövrü üçün hər keçidən 1200 litrə qədər süd almaq olar. Bala verimi 1,6Alpin – Fransadan gətirilmiş keçi cinsidir. Ətlik-südlük cinsdir. Bir laktasiya dövrü üçün 800-900 litrə qədər süd vermək qabiliyyətinə malikdir. Yağlılığı 4,6% təşkil edir. Bala verimi 2 foto 3
foto 4 Asaf qoyunları südlük istiqamətli olub ilk dəfə İsraildə 1955-ci ildə alınmışdır. Bu cins qoyunlar Avasi cinsindən olan qoyunlarla Doğu – Friz qoçlarının birləşməsi nəticəsində yaranan cinsdi. Yunu qabadır. Bu irq köçəri və yarım köçəri heyvandarlığa uyğunlaşan irqdir. Orta diri çəkisi 60-70 kq. Bala verimi yüksəkdir və 1,2-1,3 təşkil edir. Doğum ağırlığı 4-5 kq təşkil edir. Dördüncü ayda ağırlığı 35-40 kq-a çatır. Laktasiya dövrü 180-200 gün təşkil edir. Laktasiya dövrü ərzində süd verimi 250-450 litr, ortalama 350 litr olur.
Sağım prosesi Delaval şirkətindən alınmış 2×36 Parallel sağım sistemində aparılır. Eyni zamanda 72 keçi sağıla bilər. 1 partiya (72 baş) 7 dəqiqə ərzində sağılır. Beləliklə 1 saata 576 baş keçi sağıla bilər. Bu sistem yem çəni ilə təchiz edilmişdir. sağım vaxtı şnek vasitəsilə yem xüsusi qablara, ordan da sağılan keçilərin qarşısına avtomatik tökülür. Sağım sisteminə eləcə də Alpro sürü yönətim sistemi daxildir ki, bu sistem vasitəsilə hər keçinin qulaq nömrəsinə uyğun olaraq istənilən pasport məlumatlarını, eləcə də, keçinin müalicəsi, təkəyə salınması, doğuşu barədə və sürü yönətimi ilə bağlı digər məlumatları əldə etmək olar. foto 5
foto 6 Keçilər və qoyunlar keyfiyyətli yonca, saman, arpa, xüsusi süd yemi (doğan heyvan üçün), quru dönəm yemi (subay və boğaz heyvanlar), mərmər tozu, duz, kəpəklə müəyyən olunmuş normalarda yemləndirilir.Heyvanlar müasir standartlara uyğun tikilmiş fermalarda saxlanılır. Xüsusi gəzinti yerləri, avtomatik suluqlarla təchiz edilmişdir. Bundan başqa hər bir fermada yay ayları üçün ventilyatorlar, qış ayları üçün isə xüsusi qızdırıcı qurğular quraşdırılmışdır.