İllərdir keçi südünün faydasını bilir, ancaq Azərbaycanda 100% təbii keçi südü və bu süddən hazırlanmış məhsulların yoxluğundan çətinlik çəkirik. Bu çətinliyi aradan qaldırmaq və Azərbaycana 100% təbii keçi südündən hazırlanmış ləzzətli məhsullarından daddırmaq üçün 2014-cü ildə Ketchi markasını yaratdıq. Məhsullarımız Ağcabədi rayonunda yerləşən fermada saxlanılan Saanen və Alpin cins keçilərdən sağılan süddən hazırlanır.

Ketchi məhsullarında süddən başlayaraq süfrələrinizə qədər uzanan ləzzət səyahəti, eyni zamanda keyfiyyət, gigiyenə və sağlamlıq səyahəti olaraq da yoluna davam edir.