Keçi Pendiri

Tam təbii keçi pendiri

Tam təbii keçi südündən hazırlanmış və duzlu suda yetişdirilmiş keçi pendiri özünəməxsus ləzzəti ilə əvəzsizdir. Səhər yeməklərini və süfrələri zənginləşdirən keçi pendiri yüksək keyfiyyəti, təbiiliyi, əvəzolunmaz dadı və faydaları ilə seçilir.

Keçi pendirinin faydaları

Kalsium ilə zəngin olan keçi pendiri yüksək fosfor da əhatə edir. Ana südünə çox bənzəyən keçi südündən hazırlanan pendir astma, allergiya, həzm sistemi xəstəlikləri və dəri xəstəliklərinə də xeyirlidir.Tərkibi bol kalsium, fosfor, sink, A, B, D, E və K vitaminlərindən ibarətdir ki, bu da sümüklərdə, dişlərdə, dırnaqlarda möhkəmlik yaratmaqla yanaşı, həm də qocalmanı ləngidir. Keçi pendiri ilə günə başlayan insanlarda qan damarları və əzələlər normal tənzimlənir.

Keçi Pendiri
Keçi Pendirinin Hazırlanması

Hazırlanması

Keçi pendiri adət ənənəyə uyğun olaraq təbii süd, təbii maya və təbii duzdan gigiyenik qaydalarla hazırlanır. Ənənəvi pendir çeşidimizin daha sağlam, daha gigiyenik və tam təbii yollarla hazırlanması onu əvəzsiz edir. Süfrələrin orijinal dadı olan duzlu keçi pendiri bəmbəyaz görünüşü, özünəməxsus keçi aroması, damağınıza uyğun dadı, təbiiliyi və keyfiyyəti ilə seçilir.

Enerji və qida dəyərləri

Enerji və qida dəyərləri (100qr)
Yağ (q) 21
Zülal (q) 15
Karbohidrad (q) 2,9
Kalsium (q) 175
Enerji (kkal) 260,6
Keçi südünün molekulyar quruluşu ana südünə çox yaxındır

Hardan almaq olar?

“Ketchi” keçi pendirini Bakının bütün şəbəkə marketlərindən əldə etmək mümkündür. Satış nöqtələri ilə daha ətraflı tanış olmaq üçün bura daxil olun.