Keçi Südü

Tam təbii keçi südü

Tam təbii keçi südü bütün faydaları ilə öz fermamızın keçilərindən təbii gigiyenik sağımla əldə olunaraq süfrələrinizə qədər gətirilir. Bütün faydaları ilə yanaşı tam təbii olması və unudulmaz dadı ilə keçi südü sizə orijinal süd zövqü yaşadacaq.

Keçi südünün faydaları

Kalsium ilə zəngin olan keçi südü yüksək fosfor da əhatə edir. Ana südünə çox bənzəyən keçi südü astma, allergiya, həzm sistemi xəstəlikləri və dəri xəstəliklərinə də xeyirlidir. Keçi südündəki bakteriya miqdarı digər südlərlə müqayisədə daha az olduğu üçün, sağıldıqdan dərhal sonra, isidilmədən içmək hətta körpələrə vermək olar. Keçi südündəki yağ, inək südündə olduğu kimi üstdə toplanmaz. Bu da həzm sistemini asanlaşdırır.Tərkibi bol kalsium, fosfor, sink, A, B, D, E və K vitaminlərindən ibarətdir ki, bu da sümüklərdə, dişlərdə, dırnaqlarda möhkəmlik yaratmaqla yanaşı, həm də qocalmanı ləngidir. Bu içkidən hər gün daimi olaraq istifadə edən insanlarda qan damarları və əzələlər normal tənzimlənir.

Keçi Sağımı - DeLaval
Keçi Sağımı - DeLaval

Gigiyenik sağım

Sağım prosesi Delaval şirkətindən alınmış 2×36 parallel sağım sistemində aparılır. Eyni zamanda 72 keçi 7 dəqiqə ərzində sağıla bilər. Əl dəymədən sağılan süd xüsusi borudan keçərək ani soyutma çənində toplanır. Ani soyutma sisteminə malik gigiyenik Delaval sağım makinası südün təmizliyini qorumaq üçün südü bir neçə filtrdən keçirir. Bunun sayəsində süd tamamilə gigiyenik olaraq sağılaraq çəndə toplanır.

Enerji və qida dəyərləri

Enerji və qida dəyərləri (100qr)
Yağ (q) 2,8 – 5.6
Zülal (q) 3,3
Karbohidrad (q) 5,5
Enerji (kkal) 60,4 – 85,6
Keçi südünün molekulyar quruluşu ana südünə çox yaxındır

Hardan almaq olar?

“Ketchi” keçi südünü Bakının bir sıra market və fermer mağazalarından əldə etmək mümkündür. Xəritədə keçi südünün satış nöqtələri ilə yaxından tanış ola bilərsiniz. Satış nöqtələri ilə daha ətraflı tanış olmaq üçün bura daxil olun.