Təbiətin bizə verdiyi faydalı qidalardan biri də keçi südüdür. İstifadəsi elə də çox yayılmayan bu faydalı qidaya yavaş-yavaş tələb artır.

Keçi südünün tərkibi inək südünə nisbətən daha çox vitamin,kalsium və maqneziumla zəngindir. Kalsium miqdarının bol olması sümüklərin möhkəmlənməsində böyük rol oynayır.Hətta molkuyar quruluşuna gör ana südünə ən yaxın süd məhz keçi südüdür. Müntəzəm keçi südü içən insanlarda astma,eqzema və həzm problemlərinin azaldığı müşəhidə olunur. Allergiyaya səbəb olan beta kazein keçi südündə azdır. Buna görə protein allergiyası olanlar keçi südü içəndə allergiya riski daha az olur. Tərkibində iltihablanmanı əngəlləyən yağ turşuları var.Dəri xəstəliklərini yaxşılaşdırmada dərman müalicəsinə kömək edir.Qara nöqtələri təmizləmək və məsamələrı sıxlaşdırmaqda son dərəcə effektlidir.

Keçi südü təbii homogenizədir, yəni südün tərkibindəki yağ bütün nöqtələrə bərabər paylanmışdır ki, bu da həzm prosesini yüngülləşdirir.

Buna əlavə olaraq inək südü və keçi südü oxşar mineral maddə tərkibinə sahib olduğu görünsə də keçi südü 13% daha çox kalsium, 25% daha çox Vitamin B-6, 47% daha çox Vitamin A və 134% daha çox kalium tərkiblidir. Əlavə olaraq keçi südünün tərkibində 27% daha çox antioksidant selenium mövcuddur.

Qida dəyərləri KEÇİ İNƏK
Protein (%) 3,1 3,3
Yağ (%) 3,8 3,7
Quru maddə (%) 12,5 12,7
Süd şəkəri (%) 4,7 4,8
Kalori (100 ml) 70 69
Vitamin A (i.u./g Yağ) 39 21
Vitamin B (μg/100 ml) 68 45
Riboflavin (μg/100 ml) 210 159
Vitamin C (mg askorbik asid/100 ml) 2 2
Vitamin D (i.u./g Yağ) 0,7 0,7
Kalsium (mg/l) 1304 1010
Dəmir (mg/l) 0,5 0,06
Fosfor (mg/l) 1080 0,23
Xolesterol (mg/100 ml) 12 15