Qarabağ Motal Pendiri TM

Qarabağ motal pendiri xalqımızın dünya pendirləri sırasına verdiyi töhfədir. İstər hazırlanma qaydası, istərsə də dadı ilə məşhur dünya pendirlərinin yanında durmağa layiqdir. Qarabağ insanı ev heyvanı saxlayıb, onun südündən, dərisindən istifadə etdiyi vaxtdan motal pendirini də kəşf edib. Qaldıqca yetişən və daha dadlı olan Qarabağ motal pendiri tərəkəmələrin tək səhər yeməyi deyil, günün bütün saatlarında yeyə biləcəyi məhsul idi. Həm tutumlu, həm də həzmə rahat gedən motal pendirini günümüzün şəhərlisi müxtəlif salat və qəlyənaltılarda, bişmişlərdə belə istifadə edə bilir.

Sizə böyük fəxrlə təqdim etdiyimiz Qarabağ motal pendiri əcdadlarımızın əsrlərdən bizə ötürdüyü pendir hazırlama və saxlama texnologiyasını özündə əks etdirir. Qarabağ torpağında bəslənən keçilərin südündən hazırladığımız pendir təbii, əllə işlənmiş qoyun dərisindən olan motalda yetişdirilib.

Qarabağ Motal Pendiri Qarabağ Motal Pendiri - 250 qram

Hardan almaq olar?

Keçi südündən hazırlanmış Qarabağ Motal Pendirini Bakının bir sıra market və fermer mağazalarından əldə etmək mümkündür. Xəritədə tam təbii Qarabağ Motal Pendirinin satış nöqtələri ilə yaxından tanış ola bilərsiniz. Satış nöqtələri ilə daha ətraflı tanış olmaq üçün bura daxil olun.